COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < May 2013 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

May 2013

04 602 2013

Layihələr

 

1. Layihənin adı: “Abşeron yarımadasındaki neftlə çirklənmiş landşaftların ekoqeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları”

 

 Fond (qrant ayıran) :  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm” fondu.

 

 Müqavilənin imzalanma tarixi: 1 oktyabr 2012.

 

 Qrant alan ölkə, təşkilat, rəhbəri və iştirakçıların sayı : Azərbaycan Respublikası, AMEA, E.K.Əlizadə, 9

 

2. Muğanlı kənd bələdiyyəsi və ona yaxın ərazilərdə sürüşmələrin əhalinin həyat fəaliyyətinin yaratdığı risk və təhlükənin qiymətləndirilməsi. AR-nin Prezidenti yaninda Elmin Inkişafi Fondu, 2012, İsmayilov M.C.

 

3.Coörafiya İnstitutunun direktoru,AMEA-nın müxbir üzvü R.Məmmədovun iştirak etdiyi qrant layihələri:

No

Layihənin adı

Şirkət

İcra tarixi

Vəzifəsi

1

Xəzər dənizinin ətraf mühiti və sənayesi və informasiya xidməti

 

Aİ, ÇP-7

2009-2010

Qrup rəhbəri

2

İqlim dəyişmələri və Xəzər dənizi ekosistemi: model tədqiqatları

 

CRDF /ANSF Birgə qrqnt proqramı

2008 -2009

Direktor

 3.

Aerosmik şəkillərin (Landcat TM) emalı  əsasında dəniz səthinin məsafədən  deteksiya olunması

 

Lukoyl

2008

Direktor

4.

Cənubi Qafqazda Landşaft planlaşdırılması

Berlin  texniki universiteti, BfN

2007-2008

Birgə direktor

5

Value added satellite altimetry for coastal regions (ALTICORE)

INTAS, EU

2007 -2008

Qrup rəhbəri

6

Yer ətrafı müşahidələrdən istifadə etməklə neft çirklənmələrinin monitorinqi: multi-sensor, multi-platforma yanaşması  (MOPED)

INTAS, Aİ

2007 -2008

Qrup rəhbəri

 7

Ekoloji biliklərin artırılması və ekoloji təhsil mərkəzinin yaradılması

Qafqaz Regional Ekoloji Mərkəzi

2006

Direktor

8

Xəzər dənizi ekosisteminin fəhlərarası analizi (MACE)

NATO Elm sülh naminə proqramı

2005 -2008

Dikector

 9

Xəzər dənizi səviyyəsinin altimetr ilə tədqiqi

ECO/NET, Fransa

2005-206

Direktor

10

The design of the Caspian basin observing system to form the basis for environmental forecasting.

NATO CCMS Programme

2003-2004

Birgə direktor

 11

AÇG və Şah Deniz yataqları ərazisində  neft və qazkondensatının qəza dağılmalarının modelləşdirilməsi

Bp/ARDNŞ

2003

Direktor

12

Xəzər dənizində Naxçıvan yatağı rayonunda neft dağılmalarının müxtəlif hidrometeoroloji şəraitdə yaılmasının proqnozlaşdırılması

EXON

2002

Direktor

13

Azərbaycan Respublikası ərazisində iqlim dəyişmələri haqqında ilk hesabat

GEF/UNDP, UNFCCC, BONN

2002

Müqavləçi

14

Xəzər elmi şəbəkəsinin yaradılması

Aİ, ÇP-7

2001

Qrup rəhbəri

15

Müxtəlif hidrometeorolji şəraitdə  çirklənmələrin sərhədlərarası

CRDF Birgə qrant proqramı

2000-2001

Birgə direktor

16

Xəzər dənizi səviyyəsinin qalxmasının sahil zonasında səhralaşma prosesinə təsirinin tədqiqi

XEP,  TACIS

2001

Direktor

 17

NATO ezamiyyət qrantı – Rozental adına dəniz və atmosfer məktəbi

 

NATO Elm sülh naminə proqram

1999

Müqavləçi

12

Azərbaycanda iqlim dəyişmələri

Dünya Bankı, Azərbaycan hidrometeorologiya komitəsi

 

1999

Müqavləçi

18

Bakı buxtasının təmizlənməsi

IWACO, Niderland

1998

Müqavləçi

19

Xəzər Ekoloji proqramı

UNDP, TASIC, Dünya Bankı

1998

Müqavləçi

20

Xəzər sərhədlərarası diaqnostik analiz

GEF-UNDP,

1998

Müqavləçi

21

Xəzər dənizinin sahil zonasında axınların monitorinqi

BP, Amoco

1998

Direktor

22

Azərbaycan Respublikasının ətraf mühit üzrə fəaliyyət planı

World Bank, State Committee of Ecology Azerbaijan

1998

Əsas tədqiqtçı

23

İqlim dəyişmələrinin Xəzər dənizi regionunda nəticələri

UNEP

1995

Əsas tədqiqtçı

Read more

Cİ-nin əsərləri XVII

Azərbaycan Coğrafiya Cəmiyyəti

Azərbaycan  MEA akad. H.Ə.Əliyev adına  Coğrafiya İnstitutu

 Azərbaycan Coğrafiya Cəmiyyətinin  əsərləri

XVII cild

 

                                             MÜASİR GEOSİSTEMLƏRİN REGİONAL – COĞRAFİ PROBLEMLƏRİ

 

Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının

16 iyun 2012-ci il (protokol №6.) tarixli qərarı ilə çap olunur

 

 B A K I – 2012

Baş redaktor:

AMEA-nın müxbir üzvü,  Məmmədov R.M.

 

Redaksiya heyəti:

Əlizadə E.K., c.e.d. -  redaktor müavini                                  Tanrıverdiyev X.K., c.e.d.                                                                     Xəlilov H.A., c.e.d.                                                                         İmanov F.Ə., c.e.d.                                                                              Qaşqay R.M., c.e.d.                                                                       Abdullayev R.S., c.e.n. –  məsul katib                                               İsmayılov M.C., c.e.n.                                                                      Yunusov M. İ. c.e.n.                                                                       Rəhimov X.Ş., c.e.n.                                                                       Əyyubov N.H., c.e.n.                                                          Məmmədbəyov E.Ş.                                                                        Paşayev N.Ə.,c.e.n                                                                    Ağakişiyeva G.R., c.e.n.                                                                           Əhmədov  Z.M. e.i                                                                              Ağayeva R.R., e.i.

 

Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlərinin növbəti XVII cildində müasir geosistemlərin formalaşmasının, inkişafının və struktur ərazi təşkilinin regional coğrafi problemlərinin öyrənilməsinə dair ən yeni elmi nəticələri əks etdırən məqalələr toplanmışdır. Əsər elmi işçilər, mütəxəsislər, müəllimlər, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

Müasir geosistemlərin regional-coğrafi problemləri. “Avropa” nəşriyyatı. Bakı-2012, 528 səh.

 İSBN 978-9952-8032-8-5

 

A  qrifli nəşr

Azərbaycan Coğrafiya Cəmiyyəti, 2012


Географическое Общество Азербайджана

Институт Географии им. акад. Г.А.Алиева НАНА

 Труды Географического Общества Азербайджана

 XVII  том

 РЕГИОНАЛЬНО – ГЕОГРАФИЧЕСКИЕ ПРОБЛЕМЫ СОВРЕМЕННЫХ ГЕОСИСТЕМ

 Печатается по решению Ученого Советаот 16 июня 2012 года (протокол № 6 )

Института географии им акад. Г.А.Алиева НАН Азербайджана

 

БАКУ - 2012

Главный редактор:

Мамедов Р.М., д.т.н., член-корр. НАНА

 

Редакционная коллегия:

Ализаде Э.К., д.г.н.  -  заместитель редактора                               Taнрывердиев X.K., д.г.н.                                                            Xалилов  Г.А., д.г.н.                                                                       Иманов Ф.А., д.г.н.                                                                        Гашгай Р.М., д.г.н.                                                                    Aбдуллаев Р.С., к.г.н. – ответственный секретарь                  Исмайылов М.Д., к.г.н.   

Юунусов  М. И., к.г.н.                                                                  Рагимов Х.Ш., к.г.н.                                                                   Эйюбов Н.Г., к.г.н.                                                                  Мамедбеков Э.Ш.                                                                                Пашаев Н.А., к.г.н.                                                                              Агакишиева Г.Р., к.г.н.                                                                Ахмедов З.М. н.сотр.                                                                    Aгаева Р.Р., н.сотр.

 

В очередном XVII томе трудов Азербайджанского Географического Общества представлены статьи, отражающие новые данные по формированию и развитию современных  геосистем и изучению региональных географических проблем при структурной оргпнизации территории. Данный труд предназначен для научных работников, специалистов, педагогов, магистров, бакалавров, а также широкого круга читателей.

 

 

                 
   

Azerbaijan Geographical Society Institute of Geography named after

acad. H.A.Aliyev of Azerbaijan National Academy of Sciences

  Transaction of the Azerbaijan Geographical Society

Vol. XVII

 REGIONAL – GEOGRAPHICAL PROBLEMS OF THE MODERN GEOSISTEMS

 

  Published in accordance with the resolution of the Academic  Council of Institute of Geography

named after acad. H.A.Aliyev of Azerbaijan National Academy of Sciences

 

 

B A K U – 2012

Editor-in-chief

Mammadov R.M., d.t.s., correspond. Member of ANAS – editor

 

 

Editorial board:

Alizade E.K., d.g.s. -  deputy editor

Tanrıverdiyev Kh.K., d.g.s.                                                                 Khalilov H.A., d.g.s.                                                                      İmanov F.A., d.g.s.                                                                           Gashgay R.M., d.g.s.                                                                       Abdullayev R.S., c.g.s. –  executive  secretary                                     İsmayılov M.J., c.g.s.                                                                       Yunusov M.I. c.g.s.                                                                       Rağimov Kh.Sh., c.g.s.                                                                 Eyyubov N.H., c.g.s.                                                             Mammedbeyov E.Sh.                                                                         Pashayev N.A.,c.g.s.                                                            Ağhakishiyeva G.R., c.g.s.                                                                                         Ahmadov Z,M, r.w.                                                                          Ağhayeva R.R., r.w.

 

The articles elucidating the latest scientific results of regional-geographical problems of formation, development and structural-territorial organization of modern geosystems have been collected in the XVII volume of the transactions of the Azerbaijan Geographical Society.

 

  ÖN  SÖZ

Elm və texnikanın, məhsuldar qüvvələrin intensiv inkişafı, əhalinin sürətli artımı və məskunlaşma sahələrinin, xüsusilə şəhərlərin daha da genişlənməsi ilə yanaşı Yer kürəsinin landşaft təbəqəsində əmələ gələn neqativ dəyişmələrin aradan qaldırılması üçün təbii şərait və ehtiyatlardan səmərəli istifadə edilməsi, geosistemlərin ekoloji potensialının düzgün  idarə olunması, landşaft – ekoloji müxtəlifliyin qorunması və optimallaşdırılması istiqamətində elmi tədqiqatların aparılması vacibdir.

Qlobal istiləşmə, iqlim dəyişmələri,ozon qatının dağılması, biomüxtəlifliyin və vəhşi təbiətin qorunması, ekoloji gərginliyin artması, təbii ehtiyatların tükənməsi, ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyatın təşkili və s. kimi problemlər elmin müxtəlif sahələrində tədqiqat aparan alimlərin birgə səyi ilə öz həllini tapa bilər. Göstərilən problemlərin zaman və məkan üzrə differensiasiyasının səbəb – nəticə qanunauyğunluqlarının öyrənilməsində və onların aradan qaldırılmasında coğrafi tədqiqatların önəmi daim artmaqdadır. Son zamanlar Azərbaycanın coğrafiyaçı alimləri tərəfindən geosistemlərin ekoloji potensialı, landşaft ekoloji müxtəliflik, landşaft planlaşdırılması, səhralaşma, Xəzər dənizi ekosistemlərinin problemləri, təbii fəlakətlərin risk və təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi, iqlim dəyişmələri və s. istiqamətlərdə elmi tədqiqatlar aparılmış və uğurlu nəticələr əldə edilmişdir.

Azərbaycanda regionların sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə (fevral, 2013) Respublika Prezidenti İ.H.Əliyev davamlı inkişafa nail olmaq üçün regionların təsərrüfat sahələri üzrə düzgün ixtisaslaşmasının aparılmasını vacib problem kimi önə çəkməsi coğrafi tədqiqatların regional və hətta məhəlli səviyyədə aparılmasını təbii şərait və ehtiyatların yenidən düzgün qiymətləndiril­məsini tələb edir. Regionların təsərrüfat sahələri üzrə ixtisaslaşması bilavasitə ərazinin geoloji – geomorfoloji xüsusiyyətləri, iqlimi, hidroloji şəraiti, torpaq - bitki örtüyü, sosial iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlıdır. Bu cəhəti nəzərə alsaq regionların təsərrüfat sahələri üzrə ixtisaslaşmasının təşkilində coğrafiyaçı alimlərin də üzərinə ciddi və həlli vacib olan problemlər düşür. Regionlar üzrə ixtisaslaşmanın düzgün təşkili aqrar sahədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, məhsulun maya dəyərinin azalmasına, aqrosənaye komplekslərinin xammalla etibarlı təminatına, kənd təsərrüfatında məhsul itkisinin azalmasına, investisiya layihələrinin düzgün istiqamətləndirilməsinə və s. kömək edəcəkdir.

Bu baxımdan Azərbaycan Coğrafiya Cəmiyyəti əsərlərinin növbəti XVII cildinin regionların coğrafi problemlərinə həsr olunması da təsadüfi deyildir. Topluda müxtəlif istiqamətli coğrafi problemlərə həsr olunmuş 70-ə yaxın elmi əsər nəşr olunmuşdur. Təqdim olunan materiallar dörd qrupda cəmlənmişdir. Birinci bölmədə əsasən antropogen təsirlər nəticəsində regionların təbii ərazi komplekslərində, relyefində, ekzodinamiki proseslərində, torpaq əmələ gəlmədə baş verən dəyişmələr geniş təhlil edilmişdir. Sonrakı bölmələrdə hidrologiya, iqlimşünaslıq, sosial – iqtisadi coğrafiya, təbiəti mühafizə və Xəzərşünaslıq sahəsində müasir tədqiqat üsulları əsasında əldə olunmuş elmi və metodoloji yeniliklər öz əksini tapmışdır. Əsərdəki materiallar Azərbaycanda Coğrafiya elminin hazır ki dövrdə inkişaf təmayüllərini və səviyyəsini əks etdirməklə, gələcək elmi axtarışların istiqamətlərini təyin etməyə imkan verəcəkdir.

Ümid edirik ki, Azərbaycan Coğrafiya Cəmiyyəti əsərlərinin XVII cildi də bundan əvvəl nəşr olunmuş toplular kimi elmi ictimaiyyət və mütəxəssislər tərəfindən yüksək qiymətləndiriləcəkdir.

                                                                                                           Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse prezidenti, AMEA-nın

                                                                                                                                                      müxbir üzvü, professor R.M.Məmmədov

 

ПРЕДИСЛОВИЕ

В связи с развитием науки и техники, быстрым ростом производительных сил, населения и, в особенности городов, а также  участившимися негативными изменениями в ландшафтной оболочке Земли возрастает необходимость проведения научных исследований с целью рационального использования природных условий и запасов, правильного управления экологическим потенциалом геосистем, охраны и оптимизации ландшафтно – экологического разнообразия.

Такие проблемы, как глобальное потепление, климатические изменения, разрушение озонового слоя, вопросы охраны дикой природы и биоразнообразия, усиление экологической напряженности и др. могут быть решены при совместных исследованиях ученых различных отраслей науки.

Постоянно возрастает значение географических исследований при изучении причинно – следственных закономерностей дифференциации указанных проблем во времени и в пространстве и разработке мероприятий по их устранение. В последнее время со стороны азербайджанских ученых – географов были успешно проведены научные исследования по изучению экологического потенциала геосистем, ландшафтно – экологического разнообразия, ландшафтного планирования, опустынивания, проблем экосистем Каспийского моря, степени безопасности и риска природных катастроф, климатических изменений и др.

На очередном совещании (февраль, 2013), посвященном итогам социально – экономического развития регионов в Азербайджане, Президент Азербайджанской Республики И.Г.Алиев для достижения постоянного развития выдвинул на первый план проблему правильной специализации отраслей хозяйства в регионах и отдельных районах, а также потребовал правильной оценки природных условий и запасов.

Специализация хозяйственных отраслей в регионах напрямую тесно связана с их геолого – геоморфологическими особенностями, климатическими, гидрологическими условиями, почвенно – растительным покровом, уровнем социально – экономического развития данных регионов.

Учитывая данный факт, отметим, что при организации специализации в хозяйственных отраслях в регионах, на долю ученых – географов выпадает решение серьезных проблем.

Правильная специализация в регионах будет способствовать обеспечению продуктивной безопасности в аграрной отрасли, снижению себестоимости продукции, устойчивому обеспечению сырьем агропромышленных комплексов, уменьшению продуктив­ных потерь в сельском хозяйстве, правильной направленности инвестиционных проектов и др. С данной точки зрения посвящение XVII тома сборника Азербайджанского Географического Общества географическим проблемам регионов не случайно.

В сборнике опубликовано около 70 научных работ, посвященных географическим проблемам различных направлений. Предлагаемые материалы были собраны в четыре группы. В первом разделе широко освещены изменения в природно – территориаль­ных комплексах регионов, в рельефе, экзодинамических процессах, в почвообразовании под воздействием антропогенного фактора. В следующих разделах нашли свое отражение научные и методологи­ческие результаты, полученные на основе применения современных методов исследований в гидрологии, климатологии, социально – экономической географии, охране природы и при изучении Каспийского моря. Отражая современный уровень развития географической науки в  Азербайджане, материалы сборника дают возможность определить направленность будущих научных поисков.

Надеемся, что XVII том сборника материалов Азербайджан­ского Географического Общества, как и ранее изданные сборники, будет высоко оценен со стороны научной общественности и специалистов.

 

            Вице президент Азербайджанского     Географического Общества 

                        Член – Корреспондент  НАНА,     профессор  Р.М.Мамедов  

 

 

PREFACE

Side by side with intensive development of science and technics, productive forces, speedy growth of population, more enlargement of settling areas, especially cities it is necessary to carry out researches on the directions of efficient use of natural conditions and resources, correct management of ecological potential of the geosystems, protection and optimization of landscape-ecological diversity in order to prevent the negative changes being created in the landscape layer of the Globe. The problems as global warming, climatic changes, destroying of ozone layer, protection of biodiversity and wild nature, growth of ecological tension, depletion of natural resources, food safety, organization of green economy can be solved only by jointly and mutual actions of scientists working hardly in different spheres of science. The importance of geographical researches grows constantly in study of laws of reason-result differentiation on time and space of the given problems and in their prevention. Lately the Azerbaijani geographers-scientists carried out researches on the ecological potential of geosystems, ecological diversity of landscape, landscape planning, town-building, problems of the Caspian Sea ecosystems, estimation of natural disaster risk and safety degree, climatic changes and achieved successful results.

The President of the Azerbaijan Republic I.A.Aliyev in the meeting devoted to the conclusions of social-economic development of the regions in Azerbaijan stressed that in order to achieve sustained development it is necessary to carry out correct specialization for the economic spheres of the regions. And this demands from the geographers to carry out the geographical researches on regional, even territorial level and correct estimation of natural conditions and resources. The specialization of the regions on economic spheres is directly and closely connected with geological and geomorphologic peculiarities, climatic and hydrological conditions, soil-plant cover and social-economic development level of the territory.

Taking into account of this point serious problems fall on the share of geographers-scientists on economic spheres of the regions. Correct organization of the specialization on regions will support the insurance of food safety, reduction of the cost price of product, reliable insurance with raw material of the agroindustrial complexes, reduction of the crop loss in the agriculture, correct directing the investment projects.

From this standpoint the devotion of the following XVII volume of the transactions of the Geographical Society of Azerbaijan to the geographical problems of the regions is not accidental. The collection includes about 70 scientific works devoted to different directly geographical problems. The presented materials are collected in four groups. The changes taking place in natural-territorial complexes, relief, exodynamic processes, soilforming of the regions on the result of anthropogenic influence are widely analysed in the first section.

The scientific and methodological innovations obtained on the basis of modern research ways in hydrology, climatology, social-economic geography, protection of nature and Caspian science sphere are elucidated in the next sections. The materials given in the transaction elucidating the development trends and level of the geographical science in Azerbaijan will give chance to define the directions of perspective scientific studies.

We hope that the XVII volume of the transactions of the Azerbaijan Geographical Society will be highly estimated by the scientific community and specialists as previously published collections.

  

 R.M. Mammadov, Corresponding Member of the ANAS, professor   

Vice-President of the Azerbaijan Geographical Society

 

 GEOSİSTEMLƏRİN ÖYRƏNİLMƏSİNİN REGİONAL COĞRAFİ PROBLEMLƏRİ

    H.A.Xəlilov1, N.F.Əlibəyova2

  AZƏRBAYCANDA RELYEFİN MORFOSTRUKTUR TƏHLİLİNİN İNKİŞAF TARİXİ

1-AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2-AMEA Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi

Yer qabığı və onun relyefinin daha da dərindən öyrənilməsinin yeni üsulu funksiyasında irəli sürülmüş morfostrukturlar haqqında təsəvvürlər tezliklə inkişaf edərək Yer elmləri sistemində geomorfologiyanın müstəqil və əsas tədqiqat istiqamətinə çevrilmiş və bu sahədə xüsusi mövqeyə malik olduğunu təsbit etmişdir. Bununla yanaşı morfostruktur üsulun əsasını təşkil edən relyef formaları ilə tektonik strukturlar arasındakı genetik əlaqə qanunauyğunluğu müddəasının tarixi həmin üsulun meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Belə ki, geomorfologiya elminin yaranışının ilk çağlarında onun baniləri V.Devis və A.Penk tərəfindən inkişaf etdirilmiş bu müddəa sonralar demək olar ki, bütün geoloji və geomorfoloji tədqiqatlarda diqqət mərkəzində olmuş və relyefin əmələ gəlməsi və inkişafını tektonika ilə əlaqələndirmək təmayülü ənənəyə çevrilmişdir. Beləliklə də geomorfologiyanın inkişafı gedişində relyefin əmələ gəlməsi mexanizmi və formalaşması qanunauyğunluqlarının hərtərəfli və daha dərindən dərk edilməsi və onun elmi-nəzəri əsaslandırılması məsələlərinin doğurduğu zərurət yeni təlimin və ya tədqiqat üsulunun işlənib hazırlanmasına böyük ehtiyac yaratmışdır. Tədqiqatçıların bu sahədəki axtarışları 20-ci əsrin 40-cı illərində görkəmli təbiətşünas-alim, akademik İ.P. Gerasimovun (21) təklif etdiyi morfostrukturlar və morfoskulpturlar haqqında təlimin meydana gəlməsi ilə nəticələnmişdir. Geomorfologi­yanın yeni bir tədqiqat istiqamətinin inkişafında mühüm mərhələ olmuş həmin təlimin formalaşmasında geologiyada hakim mövqe tutmuş geotektonik konsepsiya və ya nəzəriyyələrin böyük təsiri olmuşdur. Belə ki, hazırda plitələrin qlobal tektonikası (mobilizm) konsepsiyası əsasında həyata keçirilən həmin təlimin inkişafında yer qabığının qırışıqlı-qaymalı quruluşunu və tektonik hərəkətlərin şaquli istiqamətinin üstünlüyü ilə onların dalğavarı səciyyə daşımasını ehtiva edən geosinklinal (fiksizm) nəzəriyyə mühüm rol oynamışdır. Elm tarixi sistemində tədqiqatların elmin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etməsi müddəasından irəli gələrək, Azərbaycanda morfostruktur təhlilin tarixi araşdırılmışdır. Bu məqsədlə geomorfo­logiyanın inkişafının retrospektiv təhlili göstərir ki, morfostruktur təhlil sahəsində tədqiqatlara keçmiş sovetlər birliyi məkanında Moskva geomorfologiya məktəbi nümayəndələri tərəfindən həmin təlim yaranan vaxtdan başlanılmasına baxmayaraq Azərbaycanda bu istiqamətdə tədqiqatların gerçəkləşdirilməsi xeyli sonralara təsadüf edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ölkəmizdə morfostruktur tədqiqatların inkişafı tarixinə həsr olunmuş araşdırmada (5) relyeflə tektonik strukturların əlaqəsi konsepsiyası əsas götürülərək, morfostruktur tədqiqatların tarixi 19-cu əsrin sonları hesab edilir. Bu baxımdan həmin dövr tədqiqatçı-geoloqlar (G.V. Abix, K.İ. Boqdanoviç, F.K. Osvald və s.) tərəfindən relyef formaları ilə tektonik strukturlar arasındakı birbaşa (düzünə) və əks (çevrilmiş) tip əlaqənin aşkar edilməsi morfostruktur tədqiqat kimi qiymətləndirilir və morfostuktur təhlilin inkişafı tarixinin başlanğıcı hesab edilir. Burada, Azərbaycanda və eləcə də Qafqazda sonralar, hələ “morfostruktur” anlayışı meydana gəlməmişdən də əvvəl, aparılmış geoloji və geomorfoloji tədqiqatlarda relyeflə tektonika arasındakı əlaqəyə həsr olunmuş araşdırmalara eyni mövqedən yanaşılır və onlar morfostruktur tədqiqatlara aid edilir. Bununla belə relyef formaları ilə tektonik strukturlar arasındakı əlaqənin aşkar edilməsini özündə ehtiva edən tədqiqatlar morfostruktur səciyyə daşımalarına, morfostruktur təhlilin rüşeymini, tarixi kökünü təmsil etmələrinə və onun meydana gəlmə zərurətini doğuran əsas amil rolunu oynamalarına baxmayaraq, həmin tədqiqatların məxsusi morfostruktur tədqiqat kimi qiymətləndirilməsi məntiqi baxımdan məqbul sayılmır. Odur ki, Azərbaycanda geomorfoloji tədqiqatlarda relyef formalarının məhz morfostruktur adı altında, məxsusi öyrənilməsinin həyata keçirilməsi tarixi morfostruktur təhlilin inkişaf tarixinin başlanğıcı hesab edilir və o, məhz həmin vaxtdan etibarən araşdırılır. Bu məqsədlə aparılmış tədqiqatların nəticələri göstərir ki, 20-ci əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanda məxsusi morfostruktur tədqiqatlar demək olar ki aparılmamış və nadir hallarda ərazinin morfostukturlarına həsr olunmuş əsərlərdə (22, 23, 33) əksini tapmış müddəalar relyefin xüsusi morfostruktur təhlili və xəritələşdirilməsinə əsaslanmadığından tektonik strukturların geomorfoloji təfsiri kimi irəli sürülür. Morfostruktur təhlil sahəsində yuxarıda göstərilən vaxtdan etibarən ardıcıl şəkildə həyata keçirilən və 80-cı illərin əvvəllərinədək intensiv olaraq davam etdirilən tədqiqatlar Azərbaycanda həmin sahənin yüksək səviyyədə inkişafına və burada mühüm nailiyyətlərin əldə olunmasına dəlalət edir. Bu dövrdə morfostruktur təhlilin geniş vüsət alması və eləcə də yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində Coğrafiya İnstitutunun Geomorfo­logiya və Landşaftşünaslıq şöbələrində müvafiq olaraq “Tətbiqi geomorfologiya” (1968) və “Aerokosmik metodların coğrafiyaya tətbiqi” laboratoriyalarının (1977) və eləcə də Azərbaycan Dövlət Universi­tetində (indiki BDU) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) coğrafiya fakültələrinin təşkil edilməsi və respublika ərazisi relyefinin morfostruktur təlim əsasında öyrənilməsini həmin strukturların elmi-tədqiqat işləri planına salınması ilə yanaşı gənc kadrların işə cəlb olunması bu istiqamətdə tədqiqatların miqyasının xeyli genişlənməsinə münbit zəmin yaratmışdır.  Qeyd etmək lazımdır ki, Azərbaycanda həmin dövrdə relyefin irimiqyaslı məxsusi morfostruktur təhlili və xəritələşdirilməsi (1:25000) ilk dəfə institutun elmi-tədqiqat işləri planına salınmış mövzuyla əlaqədar olaraq N.Ş. Şirinovun rəhbərliyi ilə H.A. Xəlilov tərəfindən Kiçik Qafqazın şimal-qərb hissəsində (Ağstafa-Tovuz çayları arası) həyata keçirilmişdir (1970–1974). Həmin işlərin nəticəsində respublikada tədqiq olunan ərazinin morfostruktur xəritəsi tərtib edilmiş, morfostrukturların lokal səviyyədə genetik təsnifatı işlənilmiş və onların formalaşmasında vulkanizmin mühüm rol oynaması konsepsiyası irəli sürülmüş, tədqiqatın nəticələrinə elmi hesabatla yanaşı bir sıra əsərlər həsr edilmişdir (41, 42, 57, 58, 63, 64, 65). Bu dövrdə respublikanın bütün bölgələrində, istər Böyük və Kiçik Qafqaz və Talış dağlıq sistemlərinin, istərsə də, Kür dağarası çökəkliyinin bütövlükdə və ayrı-ayrı sahələri üzrə morfostruktur tədqiqatlar genişlənir və onların nəticələri çoxlu sayda elmi hesabatlar, məqalələr və monoqrafiyalar şəklində ümumiləşdirilir. Nəşr olunmuş bəzi əsərlərdə (3, 11) relyeflə tektonik strukturlar, xüsusilə də neotektonik hərəkətlər arasında əlaqə məsələlərinə geniş yer verilsə də həmin tədqiqatlar sırf morfostruktur təhlil səciyyəsi daşımır. Bununla yanaşı onların sonrakı tədqiqatları, respublikamızın başqa geomorfoloqlarının tədqiqatları kimi, morfostruktur təhlilə əsaslanır. Aşağıda respublikamızda geomorfologiya məktəbinin yaranmasında müstəsna xidmətləri olmuş mütəxəssislərin morfostruktur təhlilə həsr olunmuş bəzi əsərlərinin əsas məqamlarının qısa təhlili şərh edilir.

B.Ə.Budaqov Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikasına həsr etdiyi əsərində (12) Böyük Qafqazın relyefini mürəkkəbləşdirən və onun ayırdığı morfostukturları 4 qrupa bölür və ərazidə onların düzünə (birbaşa) tiplərinin üstünlük təşkil etdiyini və relyefə əks olunma dərəcələrinin qırışıqlığın tipindən asılı olduğunu müəyyən edir. M.A.Müseyibov (34, 35, 36, 37) Orta Kür çökəkliyi və ümumiyyətlə Azərbaycanın relyefini mürəkkəbləşdirən morfostruktur­ların yer qabığının dərinlik quruluşu ilə əlaqəsini tədqiq etmiş və onların təsnifatını işləyib hazırlamışdır. Müəllifin tərtib etdiyi təsnifatda morfostrukturlar 4 dərəcəyə ayrılmış və səciyyələri verilmişdir.

N.N. Şirinov (59, 60, 61) morfostruktur təlim haqqında mövcud təsəvvürləri təhlil etmiş və Yerin relyefinin ümumi təsnifatı sxemində onun ünsürlərini morfotektonik və morfoskulptur kateqoriyalara bölmüşdür. Müəllif, kontinentlərin və okean diblərinin relyefinin morfotektonik vahidlərini–geotekturların və morfostrukturların ünsürləri kimi iki qrupa bölür. Birinci qrupda o, dərəcəsinə görə 3 geotektur, ikincidə isə 4 morfostruktur ayırır. Həmin sxemə əsasən Kür çökəkliyi 3-cü dərəcəli morfostruktur hesab edilir və onu mürəkkəbləşdirən daha aşağı dərəcəli morfostrukturlar ətraflı təhlil edilir.

B.A.Antonov (11) Kiçik Qafqazın cənub-şərq hissəsində və Talış dağlıq sistemində Ümumiqafqaz istiqamətli morfostrukturlarla yanaşı köndələn və ya çəpinə istiqamətli morfostrukturlar ayırmışdır. Müəllif axırıncıların relyefdə dağdaxili törəmə və ya irsi sinklinor (sinklinal) çökəkliklər, xətti yüksəkliklər və tektonik çatlar boyu inkişaf etmiş çay dərələri ilə əks olunduqlarını göstərir.

R.Y. Quliyev (25, 26, 27, 28) Naxçıvan Muxtar Respublikasının ərazisi də daxil olmaqla Kiçik Qafqazın şərq hissəsi morfostrukturlarının təsnifatını işləmiş və burada genetik prinsip əsasında müxtəlif tip morfostrukturlar ayırmışdır.

M.Ə.Abbasov (4) Arazyanı silsilələri və Orta Araz çökəkliyini 3-cü dərəcəli morfostrukturlara aid edir və onun da daxilində 3–Orta Araz depressiyasını əhatə edən yüksəkdağlığın, orta və alçaqdağlığın, öndağlıq və dağarası çökəkliyin morfostrukturlar qrupları ayırır və həmin sxem üzrə də onların səciyyəsini verir.

Azərbaycanda morfostruktur tədqiqatların intensiv inkişaf etdirildiyi dövrdə Kiçik Qafqaz və Talış bu baxımdan daha geniş öyrənilir. Tədqiqatların nəticəsində Kiçik Qafqazın şimal-qərb (43), şimal-şərq (29), cənub-şərq (7) hissələrinin, Arazyanı vilayəti (17) və Talışın (30), Qobustanın (24) aerokosmik üsulların tətbiqi əsasında Böyük Qafqazın (5) və cənub-şərqi Qafqazın cənub yamacının (8), Kür depressiyasında isə Cənub-Şərqi Şirvanın (38) relyefinin müxtəlif aspektlərdən morfostruktur təhlilinə həsr olunmuş namizədlik dissertasiyaları müdafiə edilmiş və çoxlu sayda elmi əsərlər nəşr olunmuşdur (17, 18, 19, 32, 44, 45, 62 və s).

 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində morfostruktur tədqiqatlar sahəsində H.A. Xəlilov (52, 56), E.K.Əlizadə (9, 10), V.D.Hacıyevin (1, 20) mühüm xidmətləri olmuşdur. Onların monoqrafiyaları haqqında geomorfologiya elminin görkəmli nümayəndələrinin (15) təbiricə desək “monoqrafiyaların başa çatdırılması Azərbaycanda geomorfologiyanın çox böyük tənəzzülü illərinə təsadüf edir. Buna baxmayaraq geomorfologiya bir elm kimi ölmədi, əksinə müəlliflərin entuziazmı sayəsində yenidən elmin ön sıralarına çıxdı”. Buraya həmin tədqiqatçıların doktorluq dissertasiyalarını da əlavə etsək deyilənlər bir daha təsdiqlənmiş olar.

Göstərilən müəlliflərdən E.K.Əlizadənin işləri, əsasən, relyefin morfostruktur təhlilinin aerokosmik tədqiqinə əsaslanır. Müəllifin plitələrin qlobal tektonikası konsepsiyasına istinad etməsi tədqiq olunan ərazilərin yer qabığı və relyefinin blok modelini, onun Afrika-Ərəbistan və Avrasiya plitələrinin kolliziya zonasında formalaşması və differensasiyasında üfüqi hərəkətlərin müəyyənedici rolunu təsdiq etməyə imkan yaradır.

H.A.Xəlilovun relyefin morfostruktur təhlilinə həsr olunmuş göstərilənlərlə yanaşı başqa əsərləri (47, 49, 53, 54 və s.) geomorfoloji problemlərin geniş spektrini əhatə etməklə mühüm nəzəri və metodoloji əhəmiyyət kəsb edir. Onun təklif etdiyi morfostrukturların genetik və taksonomik təsnifatları yeniliyi ilə səciyyələnir və böyük maraq doğurur. Həmin əsərlərdə paleogeomorfologiyanın problem məsələlərinin aydınlaşdırılması və faydalı qazıntıların axtarışının morfostruktur əsasının araşdırılması onların əsas uğurları hesab olunur. Ümumiyyətlə H.A.Xəlilovun əsərləri relyefin morfostruktur təhlili sahəsində elmi yanaşmaların və metodikasının yeniliyi ilə fərqlənir.

V.D.Hacıyevin Naxçıvan və Talışın mezokaynozoy vulkanizmi vilayətlərinin paleogeomorfoloji problemlərinə həsr olunmuş əsərlərində tədqiq olunan ərazilərin relyefinin quruluşunun əsas xüsusiyyətləri və morfostrukturların zaman və məkan daxilində təkamülü qanunauyğun­luqları və formalaşmasının paleogeomorfoloji şəraiti əksini tapmışdır. Burada səpinti tipli faydalı qazıntılara həsr olunmuş araşdırmalar böyük maraq doğurur. Bu dövrdə T.R.Qurbanovun Talışın morfostrukturlarının inkişafı tarixi və formalaşması qanunauyğunluq­larına həsr olunmuş dissertasiyası (30) da Azərbaycan geomorfologiya elminin uğurlarından hesab olunur.

Qeyd etmək lazımdır ki, 1980-cı ildən etibarən Azərbaycanda paleogeomorfoloji tədqiqatlar morfostruktur əsasda aparılır və bu istiqamətdə yerinə yetirilən işlərin nəticələri onların sintezi kimi ümumiləşdirilir (1, 20, 38, 39, 40, 52, 56 və s.). Bununla yanaşı son illərdə morfostrukturların əmələ gəlmə mexanizmi və təkamülü qanunauyğunluqlarının plitələrin qlobal tektonikası mövqeyindən araşdırılmasına xeyli təşəbbüs göstərilmişdir (9, 10, 13, 14, 31, 46, 48, 51, 55, 56). Bu işlərdə Böyük Qafqazın geodinamiki modeli (13), Azərbaycanın relyefinin Afrika-Ərəbistan və Avrasiya qlobal plitələrinin kolliziya zonasında geodinamiki inkişafı xüsusiyyətləri (13), plitələrin hərəkətinin distansion zondlama üsulu ilə öyrənilməsi (46), morfostrukturların dinamikası, morfostruktur təhlilin tətbiqi əhəmiyyəti (2, 47, 48, 51, 55, 66, 67) və eləcə də, Xəzər dənizinin geodinamikası və səviyyəsinin tərəddüdü (69) məsələləri əksini tapmışdır. Burada H.A.Xəlilovun plitələrin tektonikası geoloji konsepsiyanın geomorfoloji variantı olaraq morfostrukturların tədqiqinin əsası kimi təklif etdiyi geodrifogenal konsepsiya (68) xüsusi maraq doğurur.

H.A.Xəlilovun fikrincə (50, 54) morfostruktur təhlilin geomorfologiyanın aparıcı və ən perspektivli üsulu funksiyasını gerçəkləşdirmə prosesində tədqiqat obyektinin dərk olunması zəminində öz məxsusi və spesifik prinsip və yanaşmalarını işləyib hazırlayaraq, Yer elmləri sistemində mövqeyini xeyli möhkəmlətmiş və “səthlər dünyasından” “həcmlər dünyasına” keçərək geomorfologiyanın müstəqil istiqamətinə çevrilmişdir. Bununla yanaşı təlimin adının “morfostruktur təhlil” kimi mürəkkəb söz birləşməsi şəklində işlədilməsi və “üsul” mənasında başa düşülməsi relyefin morfostruktur aspektə dərindən öyrənilməsi imkanlarını xeyli məhdudlaşdırır. Bunları nəzərə alaraq müəllif geomorfologiyanın ən başlıca və fundamental istiqamətləri kimi “morfostruktur təhlil” və ya “struktur geomorfologiya” ifadələri əvəzinə “morfostrukturşunaslıq” və eləcə də “ekzogen relyef formaları” və ya “iqlim geomorfologiyası” əvəzinə isə “morfosklupturşünaslıq” anlayışları təklif etmişdir (50, 54, 56).

Beləliklə, Azərbaycanda morfostruktur təhlil istiqamətində aparılmış tədqiqatların qeyri-tamam araşdırılması belə respublikamızda həmin sahədə böyük həcmdə tədqiqat işlərinin həyata keçirilməsinə və eyni zamanda çox mühüm uğurların əldə edilməsinə dəlalət edir. Bu məzmunda işlərin həmçinin mühüm əməli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onların gələcəkdə daha da genişləndirilməsi məqsədə uyğun hesab edilir.

Ədəbiyyat

Hacıyev V.D. Kiçik Qafqaz və Talış dağlarının mezokaynozoy vulkanizm vilayətlərinin paleogeomorfologiyası (Azərbaycan Respub­likası daxilində). Coğr.elm. dokt. diss. Bakı, 2004.

Xəlilov. H.A. Faydalı qazıntı yataqlarının axtarışının morfostruktur əsası. Azərb. SSR.CC 6 qurult.mat-rı, Bakı: Elm, 1990, s. 93-94.

Абасов М.А. Геоморфология Нахичеванской АССР. Баку, 1970.

Абасов М.А. Рельеф Среднеараксинской депрессии и смежных гор. Баку, 1989.

Алиев А.С. Развитие морфоструктурных исследований в Азербай­джанской ССР. Изв. АН Азерб. ССР, сер. наук о Земле, 1978, № 6.

Алиев А.С. Морфоструктурный анализ южного склона Большого Кавказа с применением материалов дистанционных сьемок (в пределах Аз.ССР). Автореф. дисс. канд. геогр. наук, Баку, 1983, 25

Алиев Я.К. Морфоструктуры юго-восточной части Малого Кавказа и особенности их развития. Автореф. дисс. канд. геогр. наук, Баку: 1990, 24 с.

Ализаде Э.К. Морфоструктурный анализ южного склона Юго-Вос­точного Кавказа с применением материалов дешифрирования кос­мо­фотоснимков. Автореф. дисс. канд. геогр.наук, Баку, 1984, 20 с.

Ализаде Э.К. Морфоструктурное строение горных сооружений Азербайджана и сопредельных территорий, Баку, Элм, 1998, 248 с.

Ализаде Э.К. Закономерности морфоструктурной дифференциации  горных сооружений восточного сегмента центральной части Альпийско-Гималайской шовной зоны. Автореф. дисс. докт. геогр.наук. Баку, 2004.

Антонов Б.А. Геоморфология и вопросы новейшей тектоники юго-восточной части Малого Кавказа, Баку, 1971.

Будагов Б.А. Геоморфология и новейшая тектоника Юго-Вос­точного Кавказа. Баку, 1973.

Будагов Б.А., Алиев А.С. Геодинамическая модель Большого Кав­каза. Изв. АН Аз.ССР. Сер.наук о Земле, 1987, №5, с. 311.

Будагов Б.А., Ализаде Э.К. Формирование и дифференциация морфоструктур Азербайджана. Геоморфология, 1998, №2, с. 53–59.

Будагов Б.А., Лилиенберг Д.А., Ширинов Н.Ш. Основные проблемы геоморфологии Азербайджана на рубеже столетий. Мат. междунар. совещ., Краснодар, 2001, с. 27–39.

Будагов Б.А., Микаилов А.А., Ализаде Э.К., Алиев А.С. Морфо­структурный анализ рельефа Азербайджанской части Большого Кавказа. Геоморфология, 1984, № 4, с. 47–53.

Гаджиев В.Д. Особенности строения и развития рельефа районов кайнозойского вулканизма Приараксинской области ( в пределах Азерб. ССР). Автореф. дисс. канд. геогр. наук, Баку, 1980.

Гаджиев В.Д. Новейшие тектонические движения и формирование морфоструктур Нахичеванской АССР. Вопросы ландшафтоведения и геоморфологии Азербайджана. Баку, 1984 

Гаджиев В.Д. Роль мезокайнозойского вулканизма в формировании морфоструктур Талыша// Изд-во. АН Азерб. ССР. Сер. наук о Земле, №3, 1985.

Гаджиев В.Д. Палеогеоморфология областей мезокайнозой ского вулканизма Нахичевани и Талыша, Баку: 1999, 194 с.

Герасимов И.П. Опыт геоморфологической интерпретации геологического строения СССР. Проблемы физ. географии. М-Л.1946.

Думитрашко Н.В. Молодость и древность морфоструктур Кавказа. В кн.: Структурная и климатическая геоморфология. М.: Наука, 1966.

Думитрашко Н.В., Милановский Е.Е., Антонов Б.А., Астахов Н.Е., Бальян С.П., Лилиенберг Д.А., Мусеибов М.А., Сафронов И.Н., Ширинов Н.Ш. Основные закономерности морфоструктур Кавказа. Изв. АН СССР, серия география, 1968, № 6, с. 45–53.

Керимов Г.А. морфометрический и морфоструктурный анализ рельефа Кобыстана. Автореф. дисс. канд. геогр.наук. Баку, 1982.

Кулиев Р.Я. Опыт классификации морфоструктур юго-восточной части Малого Кавказа. Уч. зап. Азгосуниверситета, серия геол.-геогр. наук, 1973, № 6, с. 48–54.

Кулиев Р.Я. Опыт классификации вулканических морфоструктур восточной части Малого Кавказа. Уч. зап. Азгосуниверситета, серия геол.-геогр. наук, 1974, № 2, с. 63–68.

Кулиев Р.Я. Опыт классификации морфоструктур орогенных областей (на примере восточной части Малого Кавказа). Уч. зап. Азгосуниверситета, серия геол.-геогр. наук, 1977, № 2, с. 36–42.

Кулиев Р.Я., Гаджиев В.Д. Классификация морфоструктур Нахичеванской АССР. Уч. зап. Азгосуниверситета, серия геол.-геогр. наук, 1975, № 5, с. 36–43.

Кулузаде В.А. Морфоструктуры северо-восточной части Малого Кавказа, особенности их строения и развития (междуречье Дзегамчая и Кюракчая). Автореф. дисс. канд. геогр. наук, Баку, 1982

Курбанов Т.Р. История развития и закономерности формирования морфоструктур Талыша. Автореф.дисс. канд. геогр. наук, Баку, 1999, 27с.

Лилиенберг Д.А., Будагов Б.А., Алиев А.С. Морфотектоника Азер­байджана и восточного Закавказья с позиций неомобилизма. Геомор­фология, 1996, №4, с. 31–50.

Марданов И.Э. Генетическая классификация морфоструктур Боль­шого Кавказа. Изв. АН Азерб. ССР, сер. наук о Земле, 1982, № 2

Мусеибов М.А. Закономерности морфоструктур Азербайджана. Уч. зап. АГУ, серия геол.-геогр. наук, 1968, № 2, с. 42

Мусеибов М.А. Морфоструктуры Предмалокавказских наклонных равнин. Уч. зап. АГУ, сер. геол.-геогр. наук, 1972, № 2.

Мусеибов М.А. Морфоструктуры Азербайджанской ССР. Уч. зап. АГУ, сер. геол.-геогр. наук, 1973, № 4, с. 42–55.

Мусеибов М.А. Геоморфология и новейшая тектоника Среднекуринской впадины, Баку, 1975.

Мусеибов М.А. Классификация морфоструктур Азербайджана. Уч. зап. АГУ, сер. геол.-геогр., 1977, № 1, с. 34–45.

Сафаров А.С. Палеогеоморфология и морфоструктурный анализ Юго-Восточной Ширвани и смежных территорий. Автореф. дисс. канд. геогр. наук, Баку, 1986, 22 с.

Танрывердиев Х.К. Палеогеоморфология Куринской межгорной впадины в позднем кайнозое (в пределах Азербайджана). Автореф. дисс. докт. геогр. наук. Баку,1994.

Танрывердиев Х.К. Палеогеоморфология Куринской межгорной впадины (в пределах Азербайджана). Баку, 2002.

Халилов Г.А. Роль мезозойского вулканизма в формировании морфоструктур северо-западной части Малого Кавказа (междуречье Таузчай-Храми). Мат. 10 научн. конфер. молод. уч. ИГ АН Азерб. ССР, Баку: Элм, 1973, с. 7–8.

Халилов Г.А. Принцип таксономической классификации морфо­структур. Изв. Азерб. ССР, серия наук о Земле, 1978, № 6, с.63

Халилов Г.А. Морфоструктурный анализ северо-западной части Малого Кавказа (в пределах Азерб. ССР). Автореф. дисс. канд. геогр. наук, Баку, 1980, 24 с.

Халилов Г.А. Проблемы морфоструктурного анализа. Основные направления развития геоморфологической теории, Новосибирск, 1982, с. 153–155.

Халилов Г.А. О принципе общей классификации рельефа Земли. Изв. АН Азерб. ССР, сер. наук о Земле, 1984, № 3, с. 45–48.

Халилов Г.А. Вопросы дистанционного зондирования эндогенных процессов. Тезисы докл.Всесоюзн. конфер., М., 1986, с59

Халилов Г.А. Задачи морфоструктурного анализа при прог­нози­ровании и поисках месторождений полезных ископаемых Азербай­джанской ССР. Изв. АН Азерб. ССР, сер. наук о Земле, 1988, № 6, с. 37–41.

Халилов Г.А. Динамика морфоструктур в свете мобилистической модели эволюции литосферы (на примере рельефа Азербайджана). Симпозиум КАПГ, Сочи, 1988, с. 71.

Халилов Г.А. Принципы морфоструктурного районирования (на примере Малого Кавказа). Геоморфология гор и равнин: взаимосвязи и взаимодействия, Краснодар, 1998, с. 53–55.

Халилов Г.А. Морфоструктуроведение и объект его изучения. Мат. 7 съезда ГО Азерб.-на, Баку, 1998, с. 69–71.

Халилов Г.А. Плитотектоническая концепция формирования мор­фо­структур и месторождений углеводов. Международная конференция: геодинамика Черноморско–Каспийского сегмента Альпийского складчатого пояса и перспективы поисков полезных ископаемых, Баку, 1999, с. 133–134.

Халилов Г.А. Морфоструктуры восточной части Малого Кавказа (Анализ рельефа: вопросы теории и практики), Баку, 1999

Халилов Г.А. Генетическая классификация морфоструктур на примере Малого Кавказа. Изв.НАН Азерб. Науки о Земле, 2001, №3

Халилов Г.А. Теоретические вопросы геоморфологии и основы морфоструктуроведения. Вестник БГУ, сер.естеств. наук, 2001, №2, с. 1168–176.

Халилов Г.А. Геодинамическая обстановка формирования мор­фоструктур Азербайджана и минерагеническое значение исследования. Мат.4 Респ.научн.конфер, Баку, 2002, с. 24–25.

Халилов Г.А. Морфоструктурный и палеогеоморфологичес кий анализ и поисковое значение изучения рельефа на примере восточной части Малого Кавказа. Авт. дисс. д.г.н., Баку, 2004.

Халилов Г.А., Асланов Г.П. Деструктивные вулканические морфоструктуры Газахского прогиба (Малый Кавказ). Изв. АН Азерб. ССР, серия наук о Земле, 1978, № 3, с. 82–87.

Халилов Г.А., Кулузаде В.А. Морфоструктурные особенности рельефа междуречья Акстафачай-Таузчай (в пределах Азерб. ССР). Мат. 9 научн. конф. ИГ АН Азерб. ССР, Баку: Элм, 1971, с. 36–38.

Ширинов Н.Ш. Морфоструктуры и морфоскльптуры Кура-Араксинской депрессии, особенности их строения и развития. Автореф. докт. геогр. наук, Баку, 1973.

Ширинов Н.Ш. Новейшая тектоника и развитие рельефа Кура-Араксинской депрессии, Баку: Элм, 1975, 189 с.

Ширинов Н.Ш. Морфоструктурный анализ рельефа Азер­бай­джанской ССР. Изв. Азерб. ССР, сер. наук о Земле, 1979, № 6, с. 22

Ширинов Н.Ш., Алиев Я.К. Морфоструктурные особенности Альпийских горных сооружений Малого Кавказа на примере его юго-восточного окончания. Изв. АН Азерб. ССР. сер. наук о Земле, 1988, № 3, с. 19–25.

Ширинов Н.Ш., Халилов Г.А. Генетические типы морфоструктур междуречья Таузчай-Храми и некоторые геоморфологические критерии поисков полезных ископаемых (в пределах Азерб. ССР). Изв. АН Азерб. ССР, серия наук о Земле, 1975, № 5, с. 15–22.

Ширинов Н.Ш., Халилов Г.А. Морфоструктурный анализ и общие черты истории развития рельефа северо-западной части Малого Кавказа в пределах Азерб. ССР (междуречье Акстафачай и Таузчай). Изв. АН Азерб. ССР, серия наук о Земле, 1977, № 6, с. 3–11.

Ширинов Н.Ш., Халилов Г.А., Гаджиев В.Д. Опыт составления крупномасштабных геоморфологических карт горной территории на морфоструктурной основе (на примере азербайджанской части Малого Кавказа). Проблемы геоморфологического картографирования, Л.: 1975, с. 172–173.

Khalilov H.A. Morfostructural Method the Mapping of Relief of the Minor Gaugasus (Within the Azerbaijan). 17th International Car­tographic Conference 10th General Assembly of ICA. Proceedings 1, Barcelona, 1995, p. 2615–2619.

Fluctuation of the level of the Caspian Sea as incator of geodynamic stress of the crust in the light of the geodriftogenal concept. Proceedings of the International Conference. Moscow, 2010.

 

История морфоструктурного анализа рельефа в Азербайджане

Резюме

Статья посвещена истории развития морфоструктурных исследований в Азербайджане. Здесь на основе ретроспективного анализа дается краткий обзор возникновения данного воззрения и его эволюции. Рассматриваются основные моменты и важнейшие результаты проведенных работ, которые свидетельствуют о значительных успехах в этой области геоморфологии.

 

The historyof morfostructuralanalysisof relief in Azerbaijan

Summary

The article is dedicated to the history of devolopment of the morphostructural investigation in Azerbaijan. On the basis of retrospective analysis is giving the short survey of beginning of the present view and evolution of it. Is considered main in  stants and major results of carry out works, which indicated of considerable geomorphology.

 

  B.C.Ələsgərov1., М.Мənsurov2., M.Q.Kərimov3

EOPLEYSTOSEN VƏ ERKƏN PLEYSTOSENDƏ ŞAMAXI-QOBUSTAN VƏ İSMAYILLI RAYONLARININ PALEOCOĞRAFİYASI.

1.AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu,2.AMEA Arxeologiya İnstitutu, 3.Gəncə Pedaqoji Universiteti

Eopleystosendə qeyd olunan ərazilərin hazırkı alçaq dağlıq zonası dağətəyi maili düzənlikdən ibarət olmuşdur və ərazinin hazırki dağətəyi bölgələri, o cümlədən Qubaxəlilli kəndi ətrafı, Ləngəbiz tirəsi, Qobustanın mərkəz hissələri Abşeron (Eopleystosen) dənizi ilə örtülü olmuşdur. Şimali Qobustan, Ələt tirəsinin şimali, İsmayıllı rayonunun cənub-şərqində allüvial, allüvial-prolüvial maili düzənlikdən ibarət olmuşdur. Bu bölgənin əksər çayları, (Göyçay, Girdimançay, Ağsu və Sumqayıtçay) müstəqil olaraq xəzər dənizinə tökülürdü.

İvanovka, Uştal və Şamaxı kəsilişlərinin gilli çöküntülərindən və basdırılmış torpaqlardan götürülmüş nümunələrin tərkibindən təyin edilmiş dəfnə, dəfnə-albalı, mimoza, evkalipt, çiyələk ağacı və bir çox həmişəyaşıl sarmaşıq növlərindən ibarət bitki örtüyü növləri sübut edir ki, Eopleystosendə Kür çökəkliyinin əksər bölgələrində, o cümlədən Şamaxı-Qobustan və İsmayıllı rayonunun dağətəyi bölgələrində həmişəyaşıl bitkilərlə yarpaqtökən ağacların (fısdıq, vələs, palıd, cökə,

ağcaqayın və s) və tuqay meşələrindən ibarət (ağ qovaq, söyüd, iydə, qarağac və s) paleolandşaft formalaşmışdır. Ərazinin hazırkı orta dağlıq qurşağı (Lahıc, Yuxarı Cülyan, Ləzə və s) yerində alçaq dağlıq qurşağı formalaşmışdır. Bu qurşaqda tək-tək həmişəyaşıl ağac növlərinin iştirak etdiyi enliyarpaqlı meşə landşaftı formalaşmışdır və belə təbii şəraitdə daş dövrü insanlarının məskunlaşması üçün lazımı şərait mövcud olmuşdur.

Hazırkı yüksək dağlıq qurşağı yerində (Babadağ, Taxtayurd, Şahyurdu və s.) Orta və yüksək dağlıqdan ibarət subalp və alp çəmənliyi zonası formalaşmışdır. Beləliklə, İvanovka, Uştal və Şamaxı kəsilişlərindəki Abşeron çöküntülərinin spor-tozcuq təhlili göstərir ki, Eopleystosen əsrinin əvvəlindən sonuna qədər Azərbaycanın düzənlik və dağətəyi zonalarında mülayim isti-rütubətli iqlim şəraiti hakim olmuşdur və belə əlverişli iqlim şəraitində  daş dövrü insanlarının məskunlaşması üçün əlverişli olmuşdur.

Eopleystosendən Pleystosenə keçid mərhələsində Azərbaycanın, o cümlədən Şamaxı-Qobustan və İsmayıllı rayonları ərazisində fiziki-coğrafi şəraitində əsaslı dəyişilmələr baş verir. Bu dəyişiklik qlobal soyuqlaşmalarla, Böyük və Kiçik Qafqazın yüksək dağlıq qurşağında uzun müddətli buzlaşmalarla əlaqədar olmuşdur. Bütün bunlarla əlaqədar olaraq yağıntılar dağlıq ərazilərdə buzlaqlarda cəmləşmişdir və Xəzər dənizinə daxil olan su balansı kəskin azalmış və Pleystosen tarixində ən dərin reqressiya getmişdir. Bu reqressiya zamanı Xəzər dənizinin səviyyəsi 300 m aşağı düşmüş və Eopleystosendə geniş əraziləri tutmuş Xəzər dənizi ərazisini tərk edərək, indiki səviyyəsindən 300 m aşağı enmişdir. Tektonik proseslərin intensivləşməsi Şamaxı - Qobustan və İsmayıllının düzənlik hissələri alçaq dağlıq və təpəliklərə çevrilir.

Böyük Qafqazın Cənub – Şərq yamacı çaylarının (Girdimançay, Axsu, Pirsaatçay) Kürçayının qollarına çevrilir və gətirmə konusları Eopleystosen əsrinin gətirmə konuslarına nisbətən kifayət qədər şimala doğru genişlənir.

Erkən Pleystosenin (Türkan əsri) əvvəlində tədqiqat aparılan ərazinin yüksəklik zonallığı da əsaslı dəyişilmələrə məruz qalır. Şamaxı – Qobustanda, Quba- Xəlillidə, İsmayıllı ərazisinin düzənlik bölgəsində əsasən enliyarpaqlı ağaclardan palıd, vələs, ağcaqayın, tut, yemişan ağaclarından ibarət düzənlik meşələri, çay kənarlarında tuqay ağaclarından (ağqovaq, tut, iydə, söyüd və s.) ibarət paleolandşaft formalaşır. Nümunələrin tərkibində ot bitkilərindən ibarət tozcuqların iştirak etməsi (yovşan, qarağan, kəngiz və s.) göstərir ki, Şamaxı- Qobustan, Quba – Xəlilli və İsmayıllının düzənlik hissələrində qeyd olunan otlarla örtülü çöl paleolandşaftı mövcud olmuşdur.Tədqiqat aparılan rayonun Şamaxı, Lahıc, Qəbələ ətraflarının alçaq dağlığında iynəyarpaqlılardan, soyuq iqlimə davamlı tozağacının iştirak etdiyi qarışıq meşə landşaftı hakim olmuşdur. Meşənin yuxarı hissəsində (80-1200 m) iynəyarpaqlılardan, tozağacından, cırtdan tozağacından ibarət meşə landşaftı mövcud olmuşdur.

Lahıcın yuxarı hissələri, yuxarı Cülyan, Göyçayın orta hövzəsi və ümumiyyətlə hazırda sıx fıstıq meşələri ilə örtülü olan orta dağlıq qurşağın yerində qışı olduqca soyuq keçən, taxılkimilərlə, kəklikotu, quzuqulağı kimi ot bitkiləri ilə örtülü olan subalp və alp qurşağından ibarət paleolandşaft mövcud olmuşdur.Böyük Qafqazın 2000 m-dən yuxarıda qalan yüksək dağlıq qurşaqda Pleystosen tarixində formalaşan ilk nival – buzlaq landşaftı inkişaf etmişdir.

Erkən Pleystosenin ortalarında (Bakı əsrinin) ortalarında Şamaxı - Qobustan, İsmayıllı – Qəbələ zonasında (Böyük Qafqazın Cənub – Şərq yamacı) növbəti qlobal iqlim dəyişmələri baş verir və bu istiləşmə zamanı Qafqazda Erkən Pleystosendə (Türkan əsri) formalaşmış buzlaqlar tamamilə əriyərək, Xəzər dənizinə daxil olan su balansının kəskin çoxalmasına səbəb olur. Bu isə öz növbəsində Xəzər dənizinin səviyyəsinin qalxmasına və Pleystosen tarixində ən geniş transqressiyanın formalaşmasına səbəb olur. Xəzər dənizi yenidən Qobustanın cənub hissələrini, Ləngəbiz tirəsinin cənubunu, Qaraməryam tirəsini, Quba-Xəlilli ətraflarını örtür. Əksər çaylar (Göyçay, Girdımançay, Ağsu, Pirsaatçay) müstəqil olaraq Xəzər dənizinə tökülür. Lakin Erkən Pleystosen transqressiyası (miqyasına görə) Eopleystosen transqressiyasından geri qalırdı. Erkən Pleystosenin bu transqressiyasının qərb sərhəddi Mingəçevir su anbarının qərbinə qədər davam etmişdir.

Qobustanın ərazisində tektonik proseslərin canlanması ilə əlaqədar olaraq palçıq vulkanları da fəallaşmışdır. Kalmas palçıq vulkanı Xəzər dənizini daxilində ada kimi formalaşmağa başlamışdır.Ləngəbiz-Ələt tirəsinin bünövrəsi yaranmaqda davam edirdi.Qeyd olunan buzlaqarası əsrdə dəniz sahili allüvial, allüvial-prolüvial, delüvial-prolüvial maili düzənlikdə (Şamaxının cənubu, İvanovka-Uştal zonasından şimalda sıx enliyarpaqlı meşələrdən ibarət və tək-tək həmişəyaşıl bitkilərin qarışığından ibarət meşə landşaftı formalaşmışdır. Bu bölgələrin orta iyul temperaturu 250C, orta yanvar temperaturu +5 -70C, illik yağıntının miqdarı 500-600 mm-ə çatmışdır. Belə iqlim şəraiti insanların məskunlaşması üçün mühüm rol oynamışdır.

Read more

Məqalənin Beynəlxalq konfransda müzakirəsi

   Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası" şöbəsinin böyük elmi işçisi Rövşən Kərimovun “Azərbaycanda demoqrafik davamlılığın qiymətləndirlməsi” adlı məqaləsi

Read more

02 527 2013

ELAN

7 may  2013-cü il, saat 12.00-da institutun akt zalında Heydər Əliyevin 90-illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Bütün əməkdaşların iştirakı vacibdir.

Read more

01 574 2013

01.05.13.Elmi seminar

01 may 2013-cü il tarixində  Coğrafiya İnstitutunun növbəti elmi seminarında BDU-nun "Fiziki coğrafiya" kafedrasının müdiri, c.e.n Y.Ə.Qəribov

Read more

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .