16.11.2016
Noyabrın 16-da AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Coğrafiya İnstitutunun cari il ərzində
əldə etdiyi mühüm elmi nəticələrin müzakirəsi keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu barədə geniş məlumat verib.
Cİ-nin magistri Zeynəb Mirzəyevanın dissertasiya mövzusunun təsdiqi və İran vətəndaşı Cəlilvənd Hatəmin elmi rəhbərinin dəyişdirilməsi haqqında məsələ müzakirə olunub.
Sonra Coğrafiya İnstitutunun vakant şöbə müdiri vəzifələrini tutmaq üçün elan olunmuş müsabiqəyə sənəd verən namizədlər haqqında müsabiqə komissiyasının sədri Elbrus Əlizadənin məlumatı dinlənilib. Gizli səsvermə yolu ilə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c. e. doktorları Zakir Eminov və Hüseyn Xəlilov, c.ü.f. doktorları Zabit Allahverdiyev, Şamil Əzizov və Zaur İmraninin şöbə müdiri vəzifəsinə təsdiq olunmaq üçün AMEA Rəyasət heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib.