9.12.2016.

Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının

5408.01 - «Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası» ixtisası üzrə «Böyük Qafqazın cənub-şərq hissəsi təbii landşaftlarının antropogen transformasiyası, risk və təhlükələrin ekoloji qiymətləndirilməsi» mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.

A.Hacıyevaya   coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilib.