01.02.2017.
Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası keçirilib.
İlk əvvəl institut rəhbəri R.Məmmədov kollektiv adından, c.ü.f.d. H.Haqverdiyev isə İnstitut həmkarkar təşkilatı adından İnsan coğrafiyası istiqamətinin rəhbəri, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, c.e.d. Zakir Eminovu 50 illik yubileyi münasibətilə təbrik edib, şəxsi həyatında və çalışdığı İnstitutun inkişafı naminə elmi fəaliyyətində yüksək nailiyyətlər arzulayıblar.
Sonra c.e.d. Zakir Eminov “Dağlıq Şirvan iqtisadi rayonunda əhalinin ərazi təşkili təkmilləşdirilməsinin iqtisadi-coğrafi problemləri”, c.ü.f.d., dos. Nəriman Paşayev isə “Dağlıq Şirvan iqtisadi rayonunda təsərrüfatın ərazi təşkili təkmilləşdirilməsinin iqtisadi-coğrafi problemləri” mövzusunda məruzələr ediblər. Mövzu ətrafında müzakirələr aparılıb, uyğun qərarlar qəbul edilib.