COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Mart 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

01.03.2017.

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də

akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında iki  tədqiqat işınin hesabat məruzəsi dinlənilib.

Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, c.ü.e.d. Rəna Bəyim Qaşqay  “Böyük Qafqazın cənub yamacı çaylarının axım rejimi və hövzələrin təbii-ekoloji şəraitinə antropogen təsirin tədqiqi (Mazımçay-Daşaqılçay)” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, son illərdə insanın təsərrüfat fəaliyyəti nəticəsində çaylardan suvarma məqsədi ilə arxlar və böyük kanallar vasitəsilə böyük həcmdə su götürüldüyünə görə çayların aşağı hissəsində su çatışmazlığı hiss olunur. 2012-ci ilə qədər toplanmış  məlumatlar iki hissəyə bölünərək bu dəyişmələrin ərazinin ekocoğrafi  şəraitinə və su ehtiyatlarının müasir vəziyyətinə nə kimi təsir göstərdiyi araşdırılmışdır.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə normativlər daxilində aparılan hesablamalar göstərir ki, iqtisadi rayonun mövcud daxili çay sularının ümumi ehtiyatlarının həcmi (3101 mln.m3) suvarılan torpaqların, otlaq-örüşlərin və əhalinin içməli su təchizatı üzrə hazırkı birgə ehtiyaclarını (967,3 mln.m3) ödəmək üçün yetərlidir və yerli çay sularının ehtiyatlarının cəmi 31,2%-i həcmində qiymətləndirilir.

Sonra c.ü.e.d. Mahmud Xəlilovun “Lənkəran-Astara rayonlarının meşə ekosistemlərinin bioloji müxtəlifliklərinin antropogen deqradasiyası və bərpası yolları” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı araşdırmasında 40 il ərzində ərazinin meşə eko-sistemlərinin bioloji müxtəlifliyinin antropogen deqradasiyasının nəticələri kimi atmosfer yağıntılarının aylıq və illik miqdarını, havanın nisbi rütubəti və rütubət çatışmazlığını müəyyən etmişdir. Qeyd edilib ki, iqlim dəyişmələrinə antropogen amillərlə yanaşı qlobal amillərin təsiri də özünü göstərməkdədir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca nisbi rütubətin son illərdə sistematik olaraq aşağı düşdüyü müşahidə edilir.

Meşə ekosistemlərinin məhv edilərək, onların kənd təsərrüfatı sahələri, seliteb landşaftlar və sitrus bağları, çay plantasiyaları ilə əvəz edilməsi nəticəsində ərazidə Hirkan tipli relikt meşə ekosistemlərinin biomüxtəlifliyi  daha intensiv pozulmuş, çox yerdə sıradan çıxarılmışdır.

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .