İgid kimi ucalardan ucadı,
Koroğlu tək gəldi cuşa Ramiz bəy.
Alim kimi sənətində ucaldı,
Çəkib qələmini döşə Ramiz bəy.
Qaracalar - doğulduğu yurd yeri,
Bəxş edib aləmə sirli bəhəri.
Ölçüsüz bəşərə salıbdı mehri,
Sığal çəkib gözə, qaşa Ramiz bəy.
Heç tanış gəlməyən təşəbbüsü var,
Yay vaxtı aranda icad edər qar.
Coğrafiya elmində bir möctizədar,
Sərhəd qoyar daşdan daşa Ramiz, bəy.
Dərya qədər misilsizdi zəkası,
Saya gəlməz müdrikliyi, dühası.
Vətəndi, millətdi hər vaxt davası,
Bir örnəkdi vətəndaşa Ramiz bəy.
Şamaxıda məkanı var - Pirqulu,
Təkkə tikib, orda olub Haqq qulu.
Gecə, gündüz yüksəliş olub yolu,
Zamanı verməyib boşa Ramiz bəy.
Mətanətdə, təvazödə ağırdı,
Səbatlıdı, səbirlidi, fağırdı.
İnsanları sadəliyə çağırdı,
Ümmət oldu başdan-başa Ramiz bəy.
Təbəssümü Aydan gələn şölədi,
Baxışı da hər an haqqı söylədi.
Cəlaloğlu, doğru sözə köfədi,
Şərəf verdi hər bir yaşa Ramiz bəy.
Elbəyi Cəlaloğlu
11 avqust 2016-cı il