COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Fevral 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
28          

27.02.2017.

Fevralın 24-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun gənc alim və mütəxəssislərlə görüşü keçirildi.

Görüşün əsas məqsədi İnstitut rəhbərliyinin gənclərin elmi fəaliyyətinin vəziyyəti və  problemləri ilə yaxından tanış olması və  yardımçı olmaqdan ibarət idi.

Direktor bu görüşə bütün ciddiliyi və tələbkarlığı ilə yanaşdı. Tədbirdə iştirak edən hər bir gənc əməkdaşı bir-bir ayağa qaldıraraq hansı mövzu üzərində işlədikləri, işin hansı mərhələdə olduğu, çöl-tədqiqat işlərində iştirakları, beynəlxalq və ya yerli elmi jurnallarda məqalələrinin çapı, hansı elmi  kitabları oxuduqları və s. ilə maraqlandı, onları  gördükləri işlər barədə qısa hesabat verməyə dəvət etdi.

Direktor nisbətən passiv gəncləri bir ata kimi danlayaraq, onlardan daha yüksək nəticələr gözlədiyini söylədi. Cavan mütəxəssis kimi özünün işə böyük həvəslə başladığı illərdə Xəzər dənizində apardığı  tədqiqatlarından  nümunələr gətirdi. Ramiz müəllim qasırğanın törətdiyi təhlükələrə, soyuğa, aclığa sinə gərərək 28 gün tək-tənha, azuqəsiz dənizin ortasında qalmağa, yaxud növbəti dəfə, gəmidəki nasazlığı aradan qaldırmaq üçün ətrafdakıların etirazına məhəl qoymadan 8 dərəcə soyuq suya baş vuraraq orada bir neçə dəqiqə keçirməsinə baxmayaraq, “O həyatı məmnuniyyətlə yenidən yaşayardım” – deyir, “Çünki mən həmin günlərdə özümü gənc bir tədqiqatçı kimi sübut edə bildim, düzgün yol seçdiyimi təsdiq etdim”.

Rəhbər dedi ki, elmdə nailiyyət əldə etmək üçün onu sevməli, işinin vurğunu olmalısan. O anlatdı ki, vaxtını səmərəsiz keçirən, mütaliədən qaçan, öz dilindən başqa heç bir xarici dil bilməyən, işinin nəticəsi olmayan, passiv gənclər elmə lazım deyil. Ramiz müəllim işinə can yandıran, onun öhdəsindən uğurla gələn, elmi ədəbiyyat və jurnalları daim izləyən, ekspedisiyalara - təcrübi işlərə can atan, məqalələr çap etdirən  fəal, perspektivli  gənclərə böyük diqqət və qayğı  ilə yanaşdığını nümayiş etdirdi,  lazım olan köməyi onlardan əsirgəməyəcəyinə inam yaratdı.  

Gənclər onların elmi fəaliyyətinin daim nəzarət altında olduğunu, eləcə də ehtiyac olan zaman rəhbərliyə müraciət edə biləcəklərini dərk edərək üzərlərinə düşən məsuliyyəti daha da artırmağın və əsas qüvvənin elmə yönəldilməsinin  vacibliyini  dərindən anladılar  ki, bu da gələcəkdə  daha yaxşı və səmərəli işləmələri üçün onlarda böyük zəmin yaratdı.  

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .