Bu günlərdə Coğrafiya cəmiyyəti əsərlərinin XVİİİ cildi - "Qlobal dəyişkənliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi" kitabı çapdan çıxdı.
Ümummilli lider H.Ə.Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil edilmiş Beynəlxalq elmi-praktik konfransın materiallarından ibarət olan kitabda qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının coğrafi problemlərinin tədqiqinə dair ən yeni elmi nəticələri əks etdirən məqalələr toplanmışdır. Əsər elmi işçılər, mütəxəssislər, müəllimlər, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.