COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Noyabr 2015 > >>
Bz Çr Çr Cm Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
           
  30.XI.2015
Akademik Ramiz Məmmədovun Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsinə həsr olunmuş geniş iclasındakı çıxışının mətni

 

  Hörmətli prezident!

   Hörmətli həmkarlar!

      Mən hər şeydən əvvəl bizim institutun əməkdaşları adından ölkəmizin Prezidenti cənab İlham Əliyevə bizim institutun alimlərinin əməyinə yüksək qiymət verdiyinə görə öz təşəkkürümü bildirirəm. Bizim institutdan 5 nəfər medalla təltif olunub. Bir nəfər “Əməkdar elm xadimi” və bir nəfər “Əməkdar mədəniyyət işçisi” adına, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür.Bu diqqət əməkdaşların gələcək fəaliyyəti üçün stimuldur.Bu bizim institutda bir bayrama çevrilmişdir. Hamı bunu institutumuzun nailiyyəti kimi qəbul edir. Biz ölkə başçısına öz təşəkkürümüzü bildiririk.

        Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində çıxışı zamanı toxunduğu məsələlərdən biri də əhalinin sayının artması, demoqrafik inkişaf problemləridir. 1990-cı ildə Azərbaycanda əhali artımının hər min nəfərə 19-20 nəfər idi. 90-cı illərin ortalarında bu rəqəm 7-8 nəfərə düşdü. Prezident İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”ndan həmçinin, sosial vəziyyətin yaxşılaşması, stabil siyasətin bərqərarından sonra hər min nəfərə düşən təbii artım 13-14 nəfərə yüksəldi. Bu gün ölkədə illik orta əhali artımın 1,2 faiz təşkil edir. Bu göstərici qonşu Gürcüstan və Ermənistandan dəfələrlə çoxdur.  

        Ölkə Prezidenti həmişə olduğu kimi müasirdir. Qərb coğrafiyasında əsas istiqamət insan coğrafiyasıdır. Prezident qeyd etdiyi kimi qərbdə insan coğrafiyası ən müasir, ən geniş tədqiqat aparılan sahələrdən biridir. Bu məsələnin qoyulması ölkə başçısı tərəfindən coğrafiyaçılar üçün bir çağırışdır. Ona görə biz fikirləşdik ki, institutumuzda İnsan coğrafiyası bölməsi yaradaq və bölmənin tərkibində Demoqrafik inkişaf və əhali məskunlaşması coğrafiyası, Sosial-iqtisadi və siyasi coğrafiya və Turizmin inkişafının elmi əsasları coğrafiyası adlı laboratoriyalar fəaliyyət göstərsin. Turizmin inkişafı Prezident İlham Əliyevin çıxışlarında toxunduğu mühüm məsələlərdən biridir. Düzdür, ölkədə turizmlə məşğul olanların sayı çoxluq təşkil edir, bununla belə, Elmlər Akademiyası olaraq bu sahənin elmi problemlərini araşdırmaq və tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq. Yaradılacaq şöbələr bir neçə mühüm istiqamətlər üzrə fəaliyyət göstərəcəkdir. Birincisi, əhalinin əraziboyunca və yüksəklik üzrə məskunlaşması. Bir faktdır ki, ölkədə ərazilər üzrə əhalinin sıxlığı müxtəlifdir. Abşeron yarımadasında yüklənmə vəziyyəti mövcuddursa, yüksəkliklərdə yavaş-yavaş boşalma prosesi gedir. Bununla belə, müşahidələr göstərir ki, bəzi dağ kəndlərində əhalinin sayı çoxalır. Müxtəlif təbii-coğrafi vilayətlərdə iqtisadi və inzibati rayonlarda əhalinin məskunlaşması, inkişafının təbii və antropogen amilləri, demoqrafik inkişafın və məskunlaşmanın infrastruktur məsələlərinin - avtomobil və dəmir yolları, məktəblər, xəstəxanalar, poçt, içməli su və kənd təsərrüfatının su ilə təchizatı, elektrik enerjisi təchizatının, əhali məskunlaşmasının hündürlük, relyef, torpaq bitki örtüyü və iqlim şəraitlərinin, demoqrafik inkişaf ilə əlaqədar yeni iş yerlərinin yaradılmasının təbii və iqtisadi amillərinin coğrafiyasının əhalinin məskunlaşmasına və inkişafına təsiri şöbədə tədqiq olunacaq istiqamətlərdəndir.Abşeron demoqrafik potensialının böhranı probleminin həlli ilə məşğul olmaq olduqca vacibdir.

        İnzibati rayon mərkəzləri olan kiçik və orta şəhərlərin inkişafının həyata keçirilməsi problemlərin həllinin Abşeron yarımadasına axınların qarşısının alınmasına və orada iş yerlərinin açılmasına kömək edə biləcək.Hazırda əmək qabiliyyətli yaşlı əhalinin xüsusi çəkisinin 71,8 faiz olduğu bu mənada əhalinin yaş tərkibində çox ciddi uyğunsuzluq yaratmışdır. Yaxın 10-15 ildə təqaüd yaşlı əhalinin sayı və onların ümumi əhali arasında payı bir neçə dəfə yüksələcək. Bu isə əhali sayının artımı və işçi qüvvəsi ilə təminat üçün ciddi problem ola bilər.          Şəhərlərin planlaşdırılması sahəsində işlərin aparılması, onların müəyyən edilmiş plan əsasında inkişafının təşkilinə, Abşeron yarımadasına əsas kütlənin demoqrafik vəziyyətinin, böhranın qarşısının alınması yolları, yerlərdə yeni şəhərlərin salınması, mövcud rayon mərkəzlərinin şəhər kimi inkişaf etdirilməsinə ehtiyac var. Biz iş planımıza bunları daxil etmişik. Təşəkkür edirik. Sağ olun!

 

 

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .