Əməkdaşlar
Əməkdaşlar -6, o cümlədən: elmlər doktoru - 1, coğrafiya üzrə fəlsəfə doktoru - 2
Tağıyeva Yelena Nikolayevna - 1959-cu ildə anadan olub, 25.00.25 - “Geomorfologiya və təkamül coğrafiyası”, coğrafiya elmləri doktoru, şöbə müdiri.
Tədqiqat istiqamətləri: Azərbaycan və Qafqazın ərazisinin Kaynozoy dövrünün paleocoğrafiyası, paleoekologiyası, Azərbaycanda insanın məskunlaşması ilə əlaqədar bitki örtüyünə təsiri, Azərbaycanın dağlıq ərazilərinin Subrestent spor-tozcuqları spektrləri, bitki örtüyünə əsasən keçmiş əsrlərin iqlim şəraitinin bərpası. Son 50 ildə antropogen faktorlarının təsiri nəticəsində bitki örtüyünün dəyişməsi kimi bir sıra tədqiqat işlərinin yerinə yetirilməsində geniş tədqiqat işləri aparmışdır. Bir çox respublika və beynəlxalq konfranslarda məruzələrlə iştirak etmişdir. 80-ə yaxın elmi məqalənin müəllifidir. Məqalələri Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrdə nəşr olunmuşdur.
Fətəliyev Rəşid Əmənulla oğlu - 1954-cü ildə anadan olub, aparıcı elmi işçi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru.
Xəlilova Ülviyyə Ənvər qızı - 1969-cu ildə anadan olub, coğrafiya elmləri namizədi, böyük elmi işçi.
Tədqiqat istiqamətləri: paleocoğrafiya. «Eopleystosen və Erkən pleystosendə Azərbaycanın paleolandşaftları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 10 elmi məqalənin müəllifidir.
Əliyev Əlilyar İslam oğlu - 1947-ci ildə anadan olub, böyük elmi işçi.
Tədqiqat istiqamətləri: paleocoğrafiya. Paleocoğrafiya şöbəsinin bütün qrafik işlərini yerinə yetirir. 11 elmi məqalənin müəllifidir.
Abdullayev Elşən Əlinasir oğlu - 1984-cü ildə anadan olub, elmi işçi
Qəşəmova Raminə Ramiz qızı - 1986-cı ildə anadan olub, mühəndis.