COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < Mart 2024 > >>
Bz Çr Çr Cm Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Elmi fəaliyyət

TARİX

Qurunun hidrologiyası şöbəsi 1953-cü ildə yaradılmışdır.

Həmin vaxtdan 1983-cü ilə qədər şöbəyə görkəmli alim coğrafiya elmləri doktoru, professor Saleh Hacı oğlu Rüstəmov rəhbərlik etmişdir.

1952–1956-cı illərdə onun rəhbərliyi altında və şəxsi iştirakı ilə Azərbaycanın bütün iri çaylarının hidroqrafiyası tədqiq edilmiş və 4 cildlik monoqrafiyası nəşr edilmişdir. Sonralar o Azərbaycan çaylarının formalaşma qanunauyğunluqlarını, maye və sülb axımının zaman və məkan daxilində paylanmasını tədqiq etmiş və kompleks xüsusiyyətlərə görə ərazinin rayonlaşmasını vermişdir. 1963-cü ildən c.e.n. R.M. Qaşqay ilə birlikdə Azərbaycanın su balansı və su ehtiyatları üzərində işləmişdir.

2009-cu ildən şöbə “Qurunun hidrologiyası və su ehtiyatları ” adlanır.

1986-cı ildən şöbəyə c.e.d. Rəna Bəyim Mir Tağı qızı Qaşqay rəhbərlik edir.

 

TƏDQIQAT ISTIQAMƏTLƏRI VƏ MÖVZULARI

 Şöbənin əsas tədqiqat istiqaməti – səth sularıdır. Müxtəlif fiziki-coğrafi şəraitdə su və gətirmələr axımının formalaşması və keçməsi qanunauyğunluqları, çayların su balansı və su ehtiyatlarının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin  çay axımına təsirinin təyin edilməsi, çaylarda keçən daşqın və sellərin hidrodinamik xüsusiyyətlərinin öyrənilməsi, su ehtiyatlarının istifadəsi və mühafizəsi ,göllərin və su anbarlarının tədqiqi, çayların kimyəvi xüsusiyyətlərinin, ion axımının qiymətləndirilməsi. 

 

ƏSAS NƏTICƏLƏR, NAILIYYƏTLƏR

 Dağ çaylarının formalaşma qanunauyğunluqları və bu prosesdə iştirak edən yeraltı suların öyrənilməmiş çaylarda təyini metodikası işlənilmiş, ilk dəfə olaraq onların ehtiyatları təyin edilmiş və bu elementin xəritəsi tərtib edilmişdir.

Dağlıq ölkələr üçün ilk dəfə olaraq su balansı elementlərinin qarşılıqlı əlaqələrinə əsaslanaraq landşaft qurşaqlarının, inzibati rayonların, ayrı-ayrı çay hövzələrinin və bütün respublika ərazisi üçün su ehtiyatları təyin edilmişdir.

 Müəyyən edilmişdir ki, tranzit çayların axımını nəzərə almaqla Azərbaycanın su ehtiyatları 30,9 km, yerli ehtiyat isə - 10,3 km-dir. Çay sularının yay təbii tənzimlənməsini müəyyən edən metodika təklif edilmişdir.

Müəyyən edilmişdir ki, insanın fəaliyyəti nəticəsində Azərbaycanın su ehtiyatları azalmamış, lakin ərazi üzrə yenidən paylanması baş vermişdir. Sülb axımı və asılı gətirmələrin təyini metodikası işlənilmişdir.

 İlk dəfə olaraq müəyyən edilmişdir ki, Lənkəran təbii vilayətində ekoloji vəziyyətin pozulması nəticəsində və səthi yuyulmanın orta layının 0,030-dan 0,047 mm-ə qədər artması səhralaşma prosesinin dərinləşməsinə səbəb olmuşdur.

Çay sularında ion axımının, biogen və orqanik elementlərin hesablama metodikası işlənilmiş, kimyəvi denudasiyanın intensivliyi qiymətləndirilmiş və kimyəvi tərkibinə görə suların təsnifatı aparılmışdır.

 Azərbaycan göllərinin xüsusiyyətləri və  su anbarlarının lillənməsi tədqiq edilmişdir.

 Şöbənin əməkdaşları son illər  “İnsanın təsərrüfat fəaliyyətinin çaylar və onların hövzələrinin ekoloji vəziyyətinə təsiri məsələləri” üzrə öz fəaliyyətlərini davam edirlər.

 

 

ƏSAS NƏŞRLƏR

 Рустамов С.Г. Гидрография Азербайджана, 4 cild, 1952-1956 illər

Rüstəmov S.H. Azərbaycan çaylarının hidroloji xüsusiyyətləri, 1961

Заманов, Тарвердиев Гидрологические особенности озер и водохранилищ Большого Кавказа, 1965.

Кашкай Р.М. Водный баланс Большого Кавказа, 1973.

Ахундов. Сток наносов рек Азербайджанской ССР, 1978.

Рустамов С.Г., Кашкай Р.М. Водный баланс Азербайджанской ССР, 1979.

Эюбова. Результаты исследования гранулометрического состава взвешенных наносов горных рек, 1988.

Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской ССР, 1989.

Kiş və Şin çayları hövzələrinin selləri. Müəl. kollekt. Məmmədov, 1998

Халилов Ш.Б. Водохранилища Азербайджана и их экологические проблемы, 2003.

Абдуев М.А. Исследование ионного стока горных рек Азербайджана, 2008.

Кашкай Р.М. Формирование речного стока, его рациональное использование и пути перераспределения его по территории, 2008.

Мамедов. Meтодика расчета изменчивости наибольших расходов взвешенных наносов рек Большого Кавказа, 2009.

Абдуев М.А. Методические вопросы расчета среднемноголетнего ионного стока горных рек, 2011.

 

 

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .