Şöbənin adı:          Təhsil  şöbəsi                     

Tel.:                                                

Faks:

Elektron poçtu:       Yunusov. Müseyib @ mail. ru     

Şöbənin  rəhbəri:         c.ü.f.d., dosent Müseyib İdris oğlu Yunusov

İşçilərin ümumi sayı:    3

Əsas fəaliyyət istiqamətləri:  

Doktorantların, dissertantların və magistrlərin fəaliyyətinin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və təhsil şöbəsi ilə əlaqələndirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil edilməsi;

Magistratura, doktorantura və dissertantlıq yolu ilə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, onların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlilinin həyata keçirilməsi;

İmtahan sessiyalarının təşkili, test tapşırıqlarının hazırlanması, test bankının yaradılması, proqram təminatının təşkili, imtahan sessiyalarında imtahan verən doktorant, dissertant və magistrlərın imtahan nəticələrinin təhlili;

Magistrlərin tədris planında nəzərdə tutulan fənnlər üzrə məşğələlərdə iştirakının, magistr dissertasiyalarının hazırlanmasının və müdafiə olunmasının təşkili;

Monitorinqlərin aparılması və hesabatların hazırlanması, nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək və tövsiyələrin verilməsi.