AMEA-nın akademik H.Əliyev adına Coörafiya İnstitutunda fəaliyyət göstərən "Xəzər problemləri üzrə şura" Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasıın 22 dekabr 2009-cu il 6/4 saylı qərarı ilə yaradılmışdır və Xəzər dənizi ilə əlaqədar fundamental elmi tədqiqatların prioritet istiqamətlərini və mövzularını müəyyənləşdirir. Respublikamızda fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrində bu istiqamətdə aparılması nəzərdə tutulan işlərin müzakirəsinii keçirir, aktual və prespektivli mövzuların işlənməsini tövsiyə edir.

      15 üzvü olan şuranın sədri AMEA-nın müxbir üzvü, professor R.M.Məmmədov, elmi katibi fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru N.İ.Əhmədovdur.

 

“Xəzər dənizi"  problemləri  üzrə  koordinasiya şüraslnın  tərkibi

 Ramiz Məmmədov (sədr) – Cİ –nin direktor əvəzi, AMEA-nın müxbir üzvü

 Məmməd Salmanov – Mikrobiologiya İnstitutunun direktoru, akademi,

 Nazim Əhmədov (elmi katib) – Cİ-nin aparıcı elmi işçisi

 Rafiq Qasımov – Fizioloqiya İnstitutunun laboratiriya müdiri, müxbir üzv

 Fərda İmanov – BDU-nun kafedra müdiri, c.e.d.

 Fərid Dadaşov - Geologiya İnstitutunun labaratoriya müdiri, g-m.e.d.

 Rauf Qardaşov – Cİ-nin baş elmi işçisi, f-r,e.d.

 Rza Mahmudov –ETSM, Mlli Hidrometeorologiya ETİ-nın direktoru,c.e.d.

 Telman Tatarayev – MAKA Təbii Ehtiyatlarının kosmik tədqiqi institutunun   şöbə müdiri, c.e.d.

 Tofiq Süleymanov – MSN  MAKA-nın baş direktorunun 1-ci müavini, t.e.d.

 Zülfüqar Quliyev – Zoologiya İnstitutu şöbə müdiri b.e.d.

 Aydın Kərimov – Milli Aviasiya Ak-ın dosenti, c.e.n

 Məmməd Nəsibov – ARDNŞ Ekologiya İdarəsinin eko monitorinq depart.  rəisi, kimya e.n

 Mirsalam Qəmbərov – ETSN-in Təbii sərvətlər Departamentinin şöbə müdiri.

 Mürsəl Əliyev  - Bakı şəhər Ekologiya İdarəsinin rəisi