16.11.2016

Noyabrın 16-da AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutu  Elmi şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Coğrafiya İnstitutunun cari il ərzində

əldə etdiyi mühüm elmi nəticələrin müzakirəsi keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu barədə geniş məlumat verib.

Cİ-nin magistri Zeynəb Mirzəyevanın dissertasiya  mövzusunun təsdiqi və İran vətəndaşı Cəlilvənd Hatəmin elmi rəhbərinin  dəyişdirilməsi   haqqında məsələ  müzakirə olunub.

Sonra Coğrafiya İnstitutunun vakant şöbə müdiri vəzifələrini tutmaq üçün elan olunmuş müsabiqəyə sənəd verən namizədlər haqqında müsabiqə komissiyasının sədri Elbrus Əlizadənin  məlumatı dinlənilib.  Gizli səsvermə yolu ilə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, c. e. doktorları Zakir Eminov və Hüseyn Xəlilov, c.ü.f. doktorları Zabit Allahverdiyev, Şamil Əzizov və Zaur İmraninin şöbə müdiri vəzifəsinə təsdiq olunmaq üçün AMEA Rəyasət heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib.