Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:

1. İsmayılova Lətifə Arif qızı 5408.01 “fiziki coğrafiya və biocoğrafıya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə “Böyük Qafqazın cənub yamacı geosistemlərinin differensiasiyası və landşaft planlaşdırılması (Daşağılçay-Girdimançay timsalında)” mövzusunda məruzə ilə çıxış edib.

2. Amanova Şahnaz Səlim qızının 5408.01 “fiziki coğrafiya və biocoğrafıya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə “Acınohur öndağlığı və bitişik ərazilərin müasir landşaftlarının transformasiyasının ekocoğrafi xüsusiyyətləri” mövzusunda məruzə edib.

Müzakirələrdən sonra hər iki işin növbəti mərhələyə buraxılması qərara alınıb.