29.10.2014.

Oktyabrın 29-da Coğrafiya İnstitutu Elmi Şurasının iclası keçirildi.

 İlk növbədə institutun baş elmi işçisi c.ü.e.d. Hüseyn Xəlilovun məqaləsi  müzakirə edildi və “Xəbərlər” jurnalında çap edilmək  üçün  təqdim olunması haqqında qərar qəbul edildi.  

Məlum olduğu kimi, 2015-ci ildə  institutun 70 illik yubileyi qeyd ediləcək. Bu məqsədlə, institut rəhbərliyinin hazırladığı tədbirlər planı  Elmi Şura üzvlərinin müzakirəsindən sonra  qəbul edildi. Bu münasibətlə  institutun fəaliyyətini özündə əks etdirəcək kitabın və məlumat kitabçasının hazırlanması da qərara alındı.

Sonra institutun keçmiş aspirantı A.B.Hacıyevin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı dissertasiya işinin adında redaktə xarakterli dəyişiklik edilməsi Elmi Şura tərəfindən bəyənildi. Eyni zamanda, akademik B.Budaqovun dünyasını dəyişməsi ilə əlaqədar olaraq institutun iqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, c.ü.f.d. Xəyyam Rəhimov A.Hacıyevin elmi rəhbəri təyin edildi.