29.12.2016

 

  

coğrafiya elminə ağır itki üz verib

 

Coğrafiya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Yaddaşlarda müsbət insani keyfiyyətləri - xeyirxahlığı, nəcibliyi, zəhmətkeşliyi, təvazökarlığı, gülərüzlüyü,  peşəkarlığı ilə qalan  Elbrus müəllim onu tanıyanların xatirəsində daim yaşayacaq!

Allah rəhmət eləsin, yeri cənnətməkan, ruhu şad olsun!