Mayin 7-sində akademik H.Əliyev adına Coğrafiya İnstitututun konfrans zalında ümummilli lider Heydər.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "H.Əliyev və Azərbaycanda coğrafiya elminin inkişafı" movzusunda tədbir keçırıldi.

Tədbiri institutun direktoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor R.Məmmədov açaraq dahi şəxsiyyət H.Əliyevin şərəfli həyat yolundan, onun Azərbaycan alimlərinin qəlbində silinməz iz qoyduğundan, coğrafiya elminin inkişafindakı rolundan, müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına çıxarmasından söhbət açdı.

     R.Məmmədov onu da qeyd etdi ki, gələn ay institutumuzda keçiriləcək Beynəlxalq elmi  konfrans da ulu öndərin 90 illik yubileyinə həsr edilir. Biz bir daha sevimli rəhbərimizi yad edəcək, xarici qonaqlarımızla onunla bağlı xatirələrimizi bölüşəcəyik.

    İnstitutun həmkarlar təşkilatının sədri H.Haqverdiyev H.Əliyevin idarəçılık fəaliyyətindən söz açaraq onun respublikaya rəhbərliyi dövründə gördüyü işlərdən, Azərbaycan üçün etdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, bizim hər birimiz öz gündəlik işimizdə H.Əliyevin ideyalarının həyata keçməsinə çalışmalıyıq.

   Tədbirdə çıxış edən digər natiqlər də - c.e.d.X.Tanrıverdiyev, institutun elmi katibi L.Salayeva, b.e.i. Salmanova Tahirə, e.i.Əhmədov Zahid H.Əliyevlə bağlı xatirələrindən, onun müxtəlif illərdə Azərbaycan xalqına verdiyi töhfələrdən, ölkənin iqtisadi-sosial inkişafının elmi-tədqiqat işlərinin təşkilində müsbət rol oynamasından və s. söz açdılar.

       Tədbirdə ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş sərgi də nümayiş etdirildi.