Coğrafiya İnstitutunun gənc alimləri     noyabrın 2-dən 4-dək    AMEA-nın 70 illiyinə həsr olunmuş gənc alim və mütəxəssislərin

“Akademik elm həftəliyi – 2015” adlı Beynəlxalq multidissiplinar forumda iştirak edərək müxtəlif seksiyalarda məruzələrlə çıxış etmişlər. Coğrafiya İnstitutunun gənc alim və mütəxəssislər şurasının sədri Ələkbərova Samirə Canlı həyat və ekoloji təhlükəsizlik – seksiyasının moderatoru olmuşdur.

Tədbirin sonunda forum iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

X.Rzazadə,

Cİ-nin ictimai əlaqələrə 

məsul əməkdaşı